Bu gün İsveçrədə seçkilər keçiriləcək

09:21 22.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveçrədə bu gün parlament seçkiləri keçiriləcək.

Hafta.az xəbər verir ki, İsveçrə vətəndaşları Milli Şuranın - qanunverici orqanın böyük palatasının 200 deputatını və onun kiçik palatası - Kantonlar Şurasının 46 deputatından 45-ni seçəcəklər.

 

Ölkənin neytrallığına və immiqrasiyaya məhdudiyyətlərə ciddi riayət olunmasını müdafiə edən sağçı mühafizəkar İsveçrə Xalq Partiyası seçkilərdə favorit hesab olunur.